Rusiyalı stilist, saç ustası, Bakıda böyüyən Vladislav Lisovetsə xərçəng diaqnozu qoyulub.
İnsanoid.com bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, o, 2024-cü ilin payızında səhhəti ilə bağlı şikayətlərlə xəstəxanaya müraciət edəndə xəstəliyi barədə öyrənib.
Həkimlər ona xərçəngin ağır mərhələdə olması diaqnozunu qoyublar. Məlumata görə, terapiyanın birinci mərhələsi ciddi effekt verməyib.
Kimyaterapiya kursundan sonra V. Lisovetsin saçları tökülməyə başlayıb və stilistin görünüşü çox dəyişib.