Beyləqanda evində xeyli sayda silah gizlədən şəxs həbs edilib. Bu haqda Daxili İşlər Nazirliyi noyabrın 1-də məlumat yayıb.
Belə ki, Şahsevən kənd sakini Zamiq Əhmədli polis tərəfindən saxlanılıb. Keçirilən baxış zamanı, onun evindən 1 “Kalaşnikov” avtomatı, 3 daraq, 1 süngü bıçaq, 2 radiostansiya və 76 patron tapılıb.
Faktla bağlı cinayət işi açılıb.
Analoji hadisə oktyabrın 7-də qeydə alınmışdır. Xırdalan və Şırvan şəhərlərində 2 silahlı şəxs polis tərəfindən saxlanılmışdır.