Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Bu Dövlət Komissiyasının 1 avqust tarixinə olan məlumatında əks edilib. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır.