Bakının Sabunçu rayonunda noyabrın 1-dən indiyədək narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 27 nəfər saxlanılıb. Bu haqda noyabrın 19-da Baş Narkotiklərlə Mübarizə İdarəsi məlumat yayıb.
Tutulan şəxslərdən 22-si barəsində həbs və digər növdən olan qətimkan tədbirləri seçilib. Beş nəfər isə cərimə olunub. Narkotik satanlardan külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilib.
Digər əməliyyat nəticəsində Sabunçuda Ramana qəsəbə sakini odlu silah gizlətməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun evinə keçirilən baxış zamanı oradan “TOZ-8” markalı tüfəng və 23 ədəd patron tapılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
2021-ci ildə polis tərəfindən keçirilən əməliyyatlar zamanı 2 ton 993 kiloqram müxtəlif növ narkotik dövriyyədən çıxarılıb. Ümumilikdə 4 481 nəfər məsuliyyətə cəlb edilib.