Dekabrın 23-24-də Abşeronda sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O qeyd edib ki, sabit qar örtüyü əmələ gəlməyəcək, çünki havanın temperaturu 3°-yə yaxın olacaq.
Dağlıq və dağətəyi rayonlara güclü qar yağacaq, yolları isə buz bağlayacaq. Bu səbəbdən qurum rəsmisi sakinlərə diqqətli olmalarını bildirib.