Bu il Azərbaycanda nikahların sayı artıb. Keçən ilin 6 ayı ərzində nikahların sayı 17 841 təşkil edibsə, 2021-ci ilin müvafiq dövründə bu göstərici 23 231 olub.
Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Aynur Sofiyeva bildirib ki, 2020-2021-ci illəri digər illərlə müqayisə etmək düzgün deyil: “Pandemiyaya görə toylara icazə verilməyib. Bu boşanmalara da təsir edib. Həmçinin burada psixoloji məqamlar var”.
Ötən il qeydə alınmış nikahların sayı 2019-cu illə müqayisədə təxminən 50% azalıb.
2020-ci ilin mart ayından ölkədə bütün kütləvi tədbirlərə, o cümlədən toy mərasimlərinə qadağa qoyulmuşdur.
Hazırda qüvvədə olan qərarlara əsasən, toy mərasimində 150 nəfərə qədər qonaq iştirak edə bilər. Onlarda COVID-19 pasportu və ya immunitet sənədinin olması zəruridir.