Avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26°, gündüz 35-38°, Bakıda gecə 23-25°, gündüz 35-37° isti olacaq.
Azərbaycan rayonlarında isə hava əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 35-40°, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacaq.