Bugün Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 26 il ötür. Dövlətin əsas qanunu 1995-ci il 27 noyabr tarixindən qüvvəyə minib.
Bu Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin dördüncü əsas qanunudur. Respublikanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Azərbaycanın ilk əsas qanunu 1921-ci ildə, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci ildə qəbul olunmuşdur. Son Konstitusiya 1978-ci ilin aprelin 21-də tərtib edilmişdir. O da əvvəlkilər kimi SSRİ Konstitusiyasına oxşar hazırlanmışdır.
Müstəqil Azərbaycanın ilk konstitusiyası Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və ümumxalq səsverməsi yolu ilə qəbul edilib.
“Biz elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycanın demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”, - deyə Heydər Əliyev bu barədə danışarkən bildirib.
Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günü hesab edilir.