İndiyənədək ümumilikdə 1000-ə yaxın şəxsə “əks göstəriş sertifikatı” verilib. Bu barədə Bakı Şəhər Baş Səhiyyə İdarəsindən sentyabrın 14-də məlumat verilib.
Məlumata əsasən, COVID-19 peyvəndi vurdurmağa qarşı əks göstərişlər idarəolunmayan epilepsiya, kəskin koronar sindrom, allergik və onkoloji xəstəliklərə görə, hamiləliyə, südverməyə görə, qan-damar sisteminin ağır xəstəlikləri, xroniki qaraciyər və böyrək xəstəliklərinə görə verilib.
“Əks göstəriş sertifikatı”nın verilməsinə avqustun 9-dan başlanılıb. Sertifikat almaq üçün vətəndaş ərazi üzrə poliklinikaya müraciət etməlidir. Sözügedən sertifikatın verilmə qaydası ilə link vasitəsilə keçib tanış olmaq olar.