Bugün, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündən bir il keçir.
Ötən ilin oktyabrın 7-də Azərbaycan hərbçiləri Hadruta, ermənilərin gözləmədiyi istiqamətə irəliləyib. Bu əməliyyat Hadrut döyüşləri adlandırılıb. Qəsəbənin azad edilməsi müharibənin həll edici məqamı olub. Məhz Hadrut döyüşləri nəticəsində Şuşaya istiqamət alınıb. Çünki düşmən Azərbaycan ordusunu Şuşada başqa istiqamətdən gözləyirdi.
Prezidentin sözlərinə əsasən, əməliyyat zamanı ilk növbədə Hadrutun ətrafındakı dağlar götürülüb, nəticədə qəsəbənin işğaldan azad edilməsi artıq qaçılmaz olub.
Vətən müharibəsinin 13-cü günündə Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri də işğaldan azad olunub.
Döyüşlərdən sonra ermənipərəst jurnalistlər və bu ölkənin rəsmi şəxsləri Hadrutun guya ermənilərin nəzarətində olması barədə yanlış məlumatlar yayıblar.
Bugün işğaldan azad edilmiş bütün ərazilərdə bərpa və minatəmizləmə işləri aparılır. İyunun 26-da Hadrutda "Dəmir yumruq" abidəsi ucaldılıb. "Dəmir yumruq" Azərbaycan hərbçilərinin torpaqları işğaldan azad edilməsi uğrunda apardığı döyüş əməliyyatlarının adı olub.
[gallery columns="1" size="full" ids="9415"]
Bu gün Azərbaycan ordusu Hadrut qəsəbəsini, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı, Sur kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 9, 2020