Bugün Qubada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti əmək yarmarkası keçirilib. Bu barədə 23 dekabr tarixində Report məlumat verib.
Tədbirdə Quba, Xaçmaz və Qusar rayonlarından 200-dən çox sakin iştirak edib. Yarmarkada 24 müəssisədən 200-dən artıq vakansiya təklif olunub. Təqdim olunan vakansiyalar üzrə əməkhaqqı 300-500 manat arasında dəyişir. Müraciət edən vətəndaşlara vakant iş yerlərinə göndərişlər verilib.