top
Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? - Şirkətdən AÇIQLAMA
31 oktyabr 2025, 05:59
- ↺ +

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? - Şirkətdən AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əməkdar artist Cabir İmanovun bu ilin sentyabrında vəfat etməsindən sonra onun daha əvvəl çəkildiyi reklamlara aid lövhələrin Bakı Metropoliteninin stansiyalarında, efirlərdə, nəqliyyat vasitələrinin üzərində, bilbordlarda və s. hələ də qalması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, bəzi insanlar ölən şəxsin üzərindən kimlərinsə pul qazandığını deyərək, bu vəziyyəti tənqid ediblər.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, metropoliten sözügedən müqavilənin tərəfi olmadığından, reklam yayımı prosesinə müdaxilə etmək səlahiyyətinə malik deyil.

Məsələyə aydınlıq gətirmək üçün C.İmanovun reklamına çəkildiyi süd məhsullarını ölkəyə gətirən distribyutor şirkət olan “Aqro-Vest DC” MMC ilə əlaqə saxladıq. Şirkətin Marketinq meneceri Tural Məmmədov açıqlamasında bu sözləri deyib:

“Cabir bəylə həm insan kimi, həm də partnyor kimi çox yaxşı münasibətlərimiz olub. O, bizim dəyərli aktyorumuz idi. Xatirəsinə hörmət əlaməti olaraq reklamları sökmədik. Həm də müqaviləmiz var. Müqavilə uzunmüddətlidir və biz onun fotosundan istifadə etmək üçün illik ödəniş etmişik. Vəfat etdiyi gün aktyora hörmət əlaməti olaraq efirlərdə onun iştirak etdiyi reklam çarxlarının yayımını müvəqqəti olaraq dayandırmışıq. Hətta buna görə ailəsi bizə təşəkkür də edib. Amma metroda reklam lövhəsinin dəyişdirilməsi daha böyük vəsait tələb edir. Biz reklamlarla bağlı Tahir bəylə və ailə üzvləri ilə danışmışıq, reklamların yayımının davam etməsinə etiraz etmədiklərini deyiblər”.

Şirkətin təmsilçisi Cabir İmanovun çəkildiyi və hələ yayımlanmayan reklam çarxlarından da söz açıb:

“Bizim mərhum əməkdar artistlə növbəti illərdə də yayımlamağı düşündüyümüz işlərimiz var. Onun xatirəsini yaşatmaq istəyirik. İnşallah, yaxın günlərdə onun efirə çıxmayan 2 videorolikini yayımlamağı düşünürük. Müqavilə şərtlərinə uyğun olaraq da C.İmanovun ailə üzvlərinə qonorar verməyi düşünürük. Bunun üçün də təbii ki, ailə üzvlərindən razılıq alacağıq”.

Qeyd edək ki, C.İmanov sentyabrın 29-da Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyoru xilas etmək mümkün olmayıb. O, Yasamal qəbiristanlığında dəfn edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər