"Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır".
Bunu Ceyhun Bayramov Minskdə MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.
Nazir Azərbaycanın kommunikasiya əlaqələrinin açılması üzrə razılaşmaların yerinə yetirilməsinə sadiq olduğunu da qeyd edib.
“Kommunikasiya əlaqələrinin açılması regiondakı bütün dövlətlərə fayda gətirəcək. Həmçinin bu beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcək”, - deyə qurumun başçısı vurğulayıb.