Azərbaycanda son sutka ərzində COVID-19-a 1876 yoluxma faktı qeydə alınıb. Bu barədə noyabrın 10-da Operativ Qərargahdan məlumat verilib.
2248 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib.
Ölkədə son sutkada koronavirus əleyhinə 12 403 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 001 669, tam vaksinasiyadan keçənlərin sayı isə 4 442 475 təşkil edir.