Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Bakıda gecə 8-10°, gündüz 15-17° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu gecə 6-10°, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.