Martın 13-də yola düşən Bakı-Şuşa avtobusu hava şəraitinin kəskinləşməsi ilə bağlı cədvələ uyğun olaraq Şuşanı tərk edə bilməyib. Bu barədə Report Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, son üç gündə Şuşaya qar yağır, hava temperaturu mənfi 4-7° arasında dəyişir.
Avtobusla gələn 43 sərnişin, sürücülər və könüllülər “Xarıbülbül” hotelinə yerləşdirilib və qida ilə təmin olunublar. Sərnişin avtobusu bu gün səhər Bakıya yola düşüb.
Mart ayının 13-də Bakı-Şuşa-Bakı reysi ilə hərəkət edən sərnişin avtobusu kəskinləşən hava şəraiti ilə əlaqədar olaraq Şuşa şəhərini tərk edə bilməyib. Qeyd edək ki, son üç gündə Şuşa şəhərinə qar yağır, hava temperaturu mənfi 4-7 dərəcə arasında dəyişir (2/1) pic.twitter.com/pUFmazEJFl
— Şuşa Şəhəri-Shusha City (@Shusha_City) March 14, 2022