Narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirərək satışı ilə məşğul olan 23 nəfər saxlanılıb. Onlardan ümumilikdə 34 kiloqram narkotik aşkarlanaraq götürülüb. Bu barədə DİN oktyabrın 18-də xəbər verib.
Əməliyyatlar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərdən bir neçəsi xarici ölkələrdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb ediliblər.
Saxlanılan şəxslər Bakı, Gəncə, Lənkəran, Masallı, Cəlilabad, Mingəçevir, Bərdə və Ağdaşda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olublar.
Faktlarla bağlı cinayət işləri başlanılıb.