Daxili İşlər Nazirliyi azad olunmuş ərazilərdə mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Bu haqda 20 noyabr tarixində Report məlumat verib.
"Bələd olmadığımız yerlərdə, xüsusilə işğaldan azad edilən bölgələrdə və ona yaxın ərazilərdə hər birimiz diqqətli və məsuliyyətli olmalıyıq”, - müraciətdə deyilir.
Nazirlikdən bildirilir ki, şübhə doğuran əşya gördükdə dərhal müvafiq qurumlara məlumat vermək lazımdır.
Bugün Goranboyda mülki şəxs kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.