İğdır-Naxçıvan qaz kəmərinin texniki işləri tezliklə yekunlaşacaq və kəmərin tikintisi qısa zaman ərzində yekunlaşacaq. APA xəbər verib ki, bu barədə 22 dekabr tarixində Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxış edərkən bildirib.
Sözügedən texniki işlər SOCAR və BOTAŞ şirkətləri tərəfindən görülür. Çəkiləcək boru kəmərinin uzunluğu 85 kilometr, illik buraxılış gücü isə 500 milyon kubmetr təşkil edəcək.
Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop (mübadilə) əməliyyatları əsasında həyata keçirilir.