Dərzi peşəsi üzrə hazırlıq kursunun 15 nəfərdən ibarət ilk qrupu üçün təlimlər başlayıb. Təlimləri Dövlət Məşğulluq Agentliyi ilə Bakı Tikiş Evi təşkil edir. Bu barədə məlumat 1 sentyabr tarixində Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında paylaşılıb.
Kurs iki ay davam edəcək və iştirakçilara bu müddət ərzində təqaüd veriləcək. Sonda imtahanlardan keçən şəxslərə sertifikat təqdim olunacaq və onlar Bakı Tikiş Evində işlə təmin olunacaqlar.
Növbəti təlimlərə qatılmaq istəyən Bakı, Sumqayıt şəhəri və Abşeron rayon sakinləri qeydiyyat üçün müvafiq Ərazi Məşğulluq Filiallarına və ya DOST Mərkəzlərinə müraciət edə bilərlər.