Bugün, noyabrın 17-də Milli Məclisdə bir sıra layihələr üzrə təklif edilən dəyişikliklər qəbul edilib. Edilən dəyişikliklər 1-ci oxunuşda təsdiqlənib. Bu barədə Report məlumat verib.
İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək;
Azərbaycana gətirilən elektrik mühərriklə işləyən avtomobillər üçün enerji doldurucuları 2022-ci ilin yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad ediləcək;
Gələn ildən tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri almaq mümkün olacaq;
Avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına ödənilən ƏDV geri alınmayacaq;