Azərbaycanın Daşkəsən rayonunda noyabrın 1-də yeni seysmik stansiyanın quraşdırılması başa çatıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.
Həmçinin İsmayıllı rayonunun Zərnava kəndində yeni seysmik stansiyanın tikintisi məqsədilə ilkin işlər görülüb.
Beynəlxalq qrant layihəsi çərçivəsində Azərbaycanda ümumilikdə 22 seysmik stansiya quraşdırılacaq. Beləliklə, ölkədə seysmik stansiyaların sayı 84-ə çatacaq.