Oktyabrın 8-dən Bakıda 114A və 114B nömrəli avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bu barədə oktyabrın 6-da BNA məlumat yayıb.
Bu avtobuslar Pirəkəşkül və Müşfiqabad qəsəbələrindən "20 Yanvar" metro stansiyası istiqamətində hərəkət edirlər. “BakıKart” balansının artırılması üçün marşrut sxemi üzrə "OBA” marketlərdə terminallar quraşdırılıb.
Həmçinin sentyabrın 24-dən Azərbaycanda “BakıKart”ın balansını online.bakikart.az portalı vasitəsilə artırmaq mümkündür.