Dələduzluqda təqsirləndirilən qardaşlar Bakı Apellyasiya Məhkəməsində aprelin 14-də bəraət alıblar. Bu haqda Report xəbər verib.
İttihama əsasən, onlardan biri qardaşı ilə əlbir olaraq keçmiş həyat yoldaşının etibarından sui-istifadə edib, onun ümümilikdə 191 950 manat pulunu ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 7 il müddətinə həbs edilib. Daha sonra isə qardaşların vəkili apellyasiya şikayəti verərək onlar barəsində bəraət hökmünün çıxarılmasını istəyib.