top
Dopinq, yoxsa təsadüf? - İdman.Biz azərbaycanlı velosipedçinin işini araşdırıb
22 noyabr 2025, 03:19
- ↺ +

Dopinq, yoxsa təsadüf? - İdman.Biz azərbaycanlı velosipedçinin işini araşdırıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə gün əvvəl məlum olub ki, Azərbaycan velosipedçisi Artyom Proskuryakov müsbət dopinq testinə görə ölkə yığmasından müvəqqəti olaraq kənarlaşdırılıb. İdmançının “kəşfiyyat testi” bu ilin sentyabr ayında Kiqalidə (Ruanda) keçirilən UCI şosse velosipedi üzrə dünya çempionatında aparılıb. Atletin qanında metamfetamin və onun metabolitləri aşkarlanıb.

Bu xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İdman.Biz metamfetaminin hansı məhsullarda ola biləcəyini və insan orqanizminə necə təsir göstərdiyini araşdırmağa qərar verib.

Metamfetamin amfetamin qrupuna daxil olan güclü psixostimulyatordur, mərkəzi sinir sisteminə ciddi təsir edir və sağlamlığa böyük zərər vura bilər. Bu, yüksək dərəcədə asılılıq yaradan maddədir. Metamfetamin dərman vasitəsi kimi qeydiyyatdan keçməyib və Azərbaycan da daxil olmaqla, əksər ölkələrdə istifadəsi qadağandır. Bəzi dövlətlərdə SDAQ və ya piylənmə müalicəsində istifadə olunan nadir preparatlar üçün istisnalar mövcuddur. Lakin mütəxəssislər metamfetaminin hətta tibbi məqsədlərlə istifadəsinin belə yüksək asılılıq riski daşıdığını və orqanizmə dağıdıcı təsir göstərə biləcəyini bildirirlər.

Diyetoloq Nərgiz Əhmədova İdman.Biz-ə açıqlamasında vurğulayıb ki, metamfetamin heç bir qanuni arıqlama vasitəsinin tərkibində olmur və qanuni nutrasivtlərin, vitamin komplekslərinin və idman qidalarının tərkibində də mövcud deyil:

“Metamfetamin amfetamin qrupuna aid sintetik psixostimulyatordur və tam şəkildə antidopinq qaydaları ilə qadağan olunub. Standart arıqlama məhsullarından və ya aptek çaylarından bu maddənin təsadüfən orqanizmə düşməsi mümkün deyil”.

Bununla yanaşı, mütəxəssis bazarda çoxlu sayda sertifikatlaşdırılmamış əlavələrin, “yağyandırıcıların” və arıqlama çaylarının mövcud olduğunu qeyd edib. Onların tərkibinə bəyan edilməmiş sintetik stimulyatorlar daxil ola bilər:

“Bunlara fenetilamin törəmələri, DMAA, DMBA, BMPEA və efedrin analoqları daxildir. Bu maddələrin metabolitləri laboratoriya testlərində çarpaz reaksiya verərək amfetaminə bənzər profil yarada bilər ki, bu da bəzən metamfetaminin mövcudluğu kimi qiymətləndirilir. Belə hallar xüsusilə apteklərdən kənar əldə edilən keyfiyyətsiz enerji və ya arıqlama vasitələrindən istifadə edən yeniyetmələr və gənc idmançılar arasında tez-tez rast gəlinir. Bu məhsulların tərkibində stimulyatorlar adətən qablaşdırmada göstərilmir. Buna görə də 18 yaşlı idmançının qanında amfetamin izi aşkar olunması mütləq şəkildə qadağan edilmiş maddəni məqsədli şəkildə qəbul etməsi anlamına gəlmir”.

Metamfetaminin idman nəticələrinə təsirinə gəlincə: mərkəzi sinir sisteminin psixoaktiv stimulyatorları yorğunluq hissini qısa müddətə azalda və güc artımı effekti yarada bilər. Lakin onların fiziki iş qabiliyyətinə real təsiri tam olaraq araşdırılmayıb.

“British Journal of Sports Medicine” (2009) jurnalında dərc olunmuş araşdırmada göstərilir ki, L-metamfetaminin (maddənin sui-istifadə olunmayan ölçüsü) kiçik dozaları stasionar velosipeddə fiziki iş qabiliyyəti göstəricilərini yaxşılaşdırmır, lakin diastolik arterial təzyiqi bir qədər yüksəldə bilər.

“Sports Medicine - Open” (2022) jurnalında dərc olunmuş mövzu üzrə sistematik icmal isə metamfetaminin fiziki aktivliyə təsirini araşdıran cəmi bir tədqiqatın mövcud olduğunu — məhz yuxarıda qeyd olunan araşdırmanı — bildirir. Müəlliflər məlumatların kifayət qədər olmadığını və maddənin təsirlərinin daha ətraflı öyrənilməsinə ehtiyac duyulduğunu vurğulayırlar.

Qeyd edək ki, hazırda Artyom Proskuryakovun orqanizminə qadağan edilmiş maddələrin necə düşməsi ilə bağlı araşdırma aparılır. İdmançının B nümunəsinin təkrar testini tələb etmək hüququ var.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Bu gün, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Bu gün, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Bu gün, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Oxşar xəbərlər