top
Dövlət Komitəsi çoxarvadlılığın təbliğinə sərt etiraz edib
21 yanvar 2026, 01:40
- ↺ +

Dövlət Komitəsi çoxarvadlılığın təbliğinə sərt etiraz edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Son dövrlər bəzi media platformalarında “bir nikah prinsipinin Azərbaycan reallığına cavab verib-vermədiyi” mövzusunda aparılan polemikalar ciddi narahatlıq doğurur.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Bildirilib ki, bu cür yanaşmalar zahirən ictimai müzakirə təsiri bağışlasa da, mahiyyət etibarilə Azərbaycan Respublikasının ailə siyasətinin təməlini təşkil edən fundamental hüquqi prinsiplərin sorğulanmasına və dolayısı ilə çoxnikahlılığın normallaşdırılmasına yönəlmiş təhlükəli diskurs formalaşdırır:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qəti şəkildə bildirir ki, “bir nikah prinsipi” Azərbaycan Respublikasının ailə qanunvericiliyində təsbit edilmiş, dövlətin ailə siyasətinin əsas sütunlarından biri olan hüquqi normadır. Bu normanın “ictimai reallıq” adı ilə şübhə altına alınması hüquqi dövlət anlayışı ilə ziddiyyət təşkil edir və ailə institutunun mahiyyətinin deformasiyasına xidmət edir.


“Media subyektləri nəzərə almalıdırlar ki, ailə institutu ictimai sabitlik, sosial ədalət və insan hüquqlarının qorunması baxımından strateji əhəmiyyət daşıyan dövlət siyasəti sahəsidir.

Yadda saxlamaq lazımdır ki, bir nikah prinsipinin sorğulanması qadın və uşaq hüquqlarının müdafiəsinə ciddi zərbə vurmaqla onların ailə münasibətlərindəki qanuni təminatlarını risk altına alır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxnikahlılığın dolayısı ilə məqbul düşüncə kimi təqdim olunmasına şərait yaradan yanaşmaları yolverilməz hesab edir. Media subyektləri və sosial media platformaları ailə siyasəti ilə bağlı məsələlərdə daha məsuliyyətli mövqe tutmalı və cəmiyyət üçün təhlükəli diskurslara meydan açan müzakirələrə yol verməməlidirlər.

Dövlət Komitəsi bir daha bəyan edir ki, qadın və kişilərin hüquq bərabərliyi, uşaq mənafeyinin üstünlüyü və nikahın könüllülüyü kimi ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan Ailəsinin təməl prinsiplərinin hər hansı formada sorğulanması qəbuledilməzdir və dövlətin ailə siyasətinə ziddir”, – məlumatda qeyd olunub.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Oxşar xəbərlər