top
“Dövrümüzün qəhrəmanı” seçilən sadə azərbaycanlı - FOTO
08 sentyabr 2025, 23:12
- ↺ +

“Dövrümüzün qəhrəmanı” seçilən sadə azərbaycanlı - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moskvada keçirilən X Andrey Stenin adına beynəlxalq fotomüsabiqənin nəticələri açıqlanıb.

Modern.az xəbər verir ki, müsabiqənin “Portret: Dövrümüzün qəhrəmanı” nominasiyasında birinci yerə azərbaycanlı yükdaşıyan Rza Rzayevin fotosu layiq görülüb.

Qalib gələn foto rusiyalı fotomüxbir Aleksandr Oşepkov tərəfindən çəkilib və “Uşaqlar üçün qorxunc idi, amma axı mən də atayam” adlanır. Kadr 2024-cü il yanvarın 17-də Rusiyanın Novosibirsk şəhərinin Leninski rayonunda baş vermiş iri kommunal qəza zamanı lentə alınıb.

Hadisə zamanı 61 il əvvəl çəkilmiş istilik xətti şaxtaya tab gətirməyərək partlamış, güclü təzyiqlə çıxan qaynar su yeddi mərtəbəli binanın hündürlüyünə qədər qalxmışdı. Küçələr qısa müddətdə qaynar su ilə dolmuş, 14 nəfər yanıq xəsarəti almış, onların üçü xəstəxanaya yerləşdirilmişdi.

Məhz həmin anlarda Xilok bazarında yükdaşıyan işləyən Rza Rzayev hadisə yerindən qaçmaq əvəzinə insanlara kömək etməyi qərara alıb. O, əvvəlcə yolun üzərində keçid qurub, ardınca isə uşaqları və qadınları qucağına alaraq qaynar sudan keçirib.

Aleksandr Oşepkov hadisəni təsadüfən görüntüləyib: “Rzanı qəza yerində tamamilə təsadüfən gördüm. Qaynar suyun içindən keçəndə yol polisi maşınını və yanında insanlara kömək edən Rzanı gördüm. Bir neçə kadr çəkdim, onunla söhbət etdim və yoluma davam etdim”, – deyə fotomüxbir bildirib.

Həmin kadr bir ildən az müddətdə beynəlxalq münsiflərin diqqətini çəkərək qalib elan edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər