Pilotsuz uçuş aparatlarının aqrar sahədə tətbiqi ilə bağlı layihə həyata keçirilir. Bu barədə 22 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat verilib.
“Dronlar vasitəsilə multispektral görüntü və bitki örtüyü indeksinin müəyyən edilməsi” layihəsi Aqrar İnnovasiya Mərkəzi, Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə birgə təşkil edilib.
Təlim proqramında iştirak məqsədilə Azərbaycanlı mütəxəssislər Ankara şəhərinə səfər ediblər. Təlimdə pilotsuz uçuş aparatlarının istifadəsi nümayiş etdirilib.
Gələcəkdə layihə çərçivəsində Ankara Universitetinin nümayəndələrinin ölkəmizə səfəri planlaşdırılır.
Pilotsuz uçuş aparatı və peyk vasitəsilə məhsuldarlıq səviyyəsi, torpaqda nəmliliyin vəziyyəti, əkin sahəsində xəstəlik və ziyanvericilərin görüntüsü haqqında məlumatlar əldə etmək mümkün olacaq.