top
Əməkdar artist Cabir İmanov vəfat edib - YENİLƏNİB
29 sentyabr 2025, 05:26
- ↺ +

Əməkdar artist Cabir İmanov vəfat edib - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün Bakıda məşq etdiyi idman zalında infarkt keçirərək dünyasını dəyişib. Hadisə Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən zalda baş verib.


İlkin məlumata görə, aktyor zala daxil olduqdan bir neçə dəqiqə sonra oturaraq qəfil yıxılıb. Hadisə zalın təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı edib, daha sonra elektroşok tətbiq olunub. Bu proses 20 dəqiqə davam etsə də, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.


Jurnalist Elvin Elxan sosial şəbəkə hesabında hadisənin şahidi olduğunu bildirib:
"Zala daxil oldu, bir neçə dəqiqə sonra oturdu və yıxıldı. Həyatımın ən böyük travmasını aldım. İlk dəfə birinin ölümünün şahidi oldum. O adam ki, ən gözəl məşq yoldaşı idi. Allah rəhmət eləsin!" – deyə o yazıb.


17:00

Bu gün saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə İnsanoid.com-un sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb.

14:30

Əməkdar artist Cabir İmanov vəfat edib.

Qafqazinfo.az xəbər verir ki, o bu gün infarkt keçirərək dünyasını dəyişib.

Xatırladaq ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub.

2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru idi.

14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər