top
Ərini öldürən qadının tükürpədən ifadələri: “Əhməd kimi qətliam törədəcəyini söyləyirdi”
17 oktyabr 2025, 01:42
- ↺ +

Ərini öldürən qadının tükürpədən ifadələri: “Əhməd kimi qətliam törədəcəyini söyləyirdi”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron rayonunda 1993-cü il təvəllüdlü Nazirə ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ayxan Hacıyevi öldürüb.

Teleqraf.az-ın əldə etdiyi xəbərə görə, onun 2024-cü ildən rəsmi nikahla birlikdə yaşadığı əri Ayxanla ailə-məişət zəminində mübahisəsi olub.

Qadın birlikdə yaşadıqları mənzildə əri ilə araq içib. Sərxoş olduqdan sonra ərinin onun və yaxın qohumlarının ünvanına nalayiq ifadələr səsləndirməsi, habelə onu döyməsi yadına düşüb.

Evin mətbəxindən götürdüyü bıçaqla zərərçəkmiş şəxsə çoxsaylı zərbələr vurub. Kişi aldığı zərbələrdən vəfat edib.

İstintaq orqanı tərəfindən Nazirənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən qadın ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 129.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib.

“Qətliam törədəcəyini söylədi, qorxdum”

Qadın ifadəsində göstərib ki, həyat yoldaşı xaş yeməyini xoşlayıb: “Mən də ona həmişə o yeməyi bişirirdim. Hadisə baş verən gün Ayxan mənə işə getməməyi, birlikdə yeyib-içməyi təklif etdi. Bundan sonra baş verənlər artıq yadımda deyil. Təkcə mənə vurulan yumruqlar yadımdadır. Əvvəllər də arabir onunla birlikdə içki içmişəm. Hadisə günü yenə birlikdə içki içdik.

Ancaq içkidən sonra Ayxanın məni nə üçün döydüyünü xatırlamıram, sadəcə uşağın səsini eşidirdim. Uşaq Ayxana məni döyməməyi söyləyirdi. Hər on saniyədən bir gözümü açdıqda Ayxanın mənə yumruq zərbəsi dəyirdi. O, uşağın gözü qarşısında qolumu kəsdi və divanda uzandı, daha sonra bədənimin müxtəlif nahiyələrinə kəsiklər atdı.

Bıçağın əlimə necə keçdiyini isə xatırlamıram. Ayxan uşaqlar məktəbdən gəldikdən sonra Əhməd necə qətliam törətdisə, o da elə böyük qətliam törədəcəyini, hamımızı öldürəcəyini söyləyirdi.

Mən Ayxanı bilərəkdən öldürmək istəməmişəm. Qəfildən gözüm qaraldı və Ayxanın uşaqlarımı öldürəcəyindən qorxdum. Uşaq Ayxanın məni pəncərədən atmaq istədiyini və pəncərədən atmaması üçün ona yalvardığını da söyləmişdi”.

“Ərimi canımdan çox sevirdim”

Nazirə qeyd edib ki, Ayxan onların hamısını öldürəcəyini söyləyəndən sonra ona bıçaqla zərbə vurub:

“Ayxan qalxıb üzərimə gəldi, “sən məni vurmaq istəyirdin?” deyib bıçağı əlimdən almağa çalışdı. Başıma yumruq zərbələri endirdi. Məndən uzaq durması üçün qolunun alt nahiyəsindən bıçaqladım. Ardınca qapıdan çölə çıxıb kömək üçün qonşuları çağırdım. Ayxan özü də qonşulardan kömək istədi.

Daha sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə və təcili yardıma zəng vurdum. Mən Ayxanı canımdan çox sevirdim, onu öldürmək niyyətim olmayıb. Qızımın atasını niyə öldürmək istəyim ki?”

“Uşaqlarla çox pis rəftar edirdi”

Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavabda deyib: “Biz Ayxanla bir il idi rəsmi nikaha girmişdik. Mənim birinci nikahımdan iki, Ayxanla olan nikahdan isə bir övladım var. İki il idi birlikdə yaşayırdıq. Mübahisələrimiz uşaqla bağlı olurdu.

Ayxan həm də narkotik istifadəçisi idi, bunu kiməsə söyləsəm, məni döyəcəyi ilə hədələyirdi. Əvvəllər cibində bıcaq gəzdirirdi. Heç vaxt mənə bıçaqla xəsarətlər yetirməyib. Uşaqlarla isə çox pis rəftar edirdi”.

“Məni döydüyünü xatırlamıram”

Nazirənin sözlərinə görə, yalnız Ayxana bıçaq zərbəsi vurduqdan sonra özünə gəlib: “Ayxana 3 bıçaq zərbəsi vurduğumu xatırlayıram. Qarnına və üzərimə gələrkən qolunun alt nahiyəsinə vurduğum zərbələr yadımdadı.

Hadisə baş verən oğlum və balaca qızım evdə idi. Oğlumun 10 yaşı var, o, şahiddir, baş vermiş hadisəni o görüb”.

Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib. Bildirib ki, əvvəl ögey xalası oğlu ilə ailə həyatı qurub, daha sonra qardaşının həyat yoldaşı ilə xəyanət etdiyi üçün ondan ayrılıb.

Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər