Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Şuşa ətrafında olan ərazidə Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter müsadirə edilib.
Bu barədə İnsanoid bu gün 25 sentyabr tarixində Report-a istinadən xəbər verir.
Sentyabrın 23-də kvadrokopter kustar üsulla hazırlanmış mərmiləri ilə birgə Şuşada səfərdə olan Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinə göstərilib.
Bildirilib ki, məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə Azərbaycan Ordusunun mövqeləri atəşə məruz qalırdı.
[gallery link="file" columns="2" size="full" ids="132306,132308"]