"Ərzaq təminatı xəritəsi" informasiya sistemi yaradılır. İnsanoid.com President.az saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, informasiya sistemi ölkədə ərzaq təminatı sahəsində mövcud vəziyyətin müəyyən edilməsini, bunun əsasında qərarların qəbul edilməsi üçün etibarlı və dayanıqlı informasiyanın yaradılmasını, toplanılmasını, işlənilməsini, saxlanılmasını, axtarışını və məlumatlara əlçatanlıq səviyyəsinin artırılmasını təmin edəcək.
Sistemin sahibi və operatoru funksiyalarını İqtisadiyyat Nazirliyi həyata keçirəcək.