Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər arasında əldə olunan razılaşmaya görə, pambığın alış qiyməti hər növ üzrə 50 manat artırılıb. Bu barədə 18 avqust tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 700 manat, 2-ci növün qiyməti 680 manat, 3-cü növün qiyməti 640 manat, 4-cü növün qiyməti isə 600 manat təşkil edəcək.
Hazırda dövlət tərəfindən təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat və hər hektarına görə 260 manat subsidiya ödənilir.
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 46 min tondan çox pambıq lifi istehsal olunub. Pambıq istehsalı ilə məşğul olan əsas rayonların sırasına Saatlı, Ağcəbədi, Bərdə, Biləsuvar, Sabirabad və Beyləqan daxildir.