Ötən sutkada iki nəfər xilas edilib. Bu barədə martın 25-də Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Ümumilikdə 24 yanğına çıxış həyata keçirilib. İki köməksiz vəziyyətdə qalma faktı üzrə əməliyyat keçirilib.
Bununla yanaşı, Lənkəran rayonunun Liman şəhəri və Boladi kəndində su basmış ərazilərdən suyun kənarlaşdırılması işləri aparılıb.