Cari ildə minatəmizləmə əməliyyatlarına dəstək məqsədilə Fransa Milli Komissiyası tərəfindən Azərbaycana 500 min avro maliyyə yardımı ayrılıb. Milli Məclisin deputatı Soltan Məmmədovun oktyabrın 15-də verdiyi məlumata əsasən, bu barədə ANAMA ilə Anlaşma Memorandumu imzalanacaq.
Daha öncə, sentyabrın 8-də Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz Twitter səhifəsində işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Fransanın Azərbaycana 400 min avro ayırmaq niyyətində olduğunu bildirib.