top
Fuad Nağıyev 9.8 milyonu dörd şirkət arasında bölüşdürüb
06 mart 2025, 06:17
- ↺ +

Fuad Nağıyev 9.8 milyonu dörd şirkət arasında bölüşdürüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məlum olduğu kimi, son günlər Dövlət Turizm Agentliyi (DTA) ətrafında qalmaqal baş verir. Tribunainfo.az xəbər verir ki, qurumun sədri Fuad Nağıyev bir neçə gün əvvəl şiddətli töhmət alıb.

Qeyd edək ki, bu töhmətə səbəb Fuad Nağıyev və Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımovun bəzi məlumatları gizli şəkildə xarici təşkilatlara ötürmələri olub.

Dünən isə o, artıq istintaqa çağırılıb. Rəsmi məlumatlarda bildirilir ki, Dövlət Turizm Agentliyinin (DTA) vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır.

Tribunainfo.az Dövlət Turizm Agentliyinin son bir ildə keçirdiyi tenderləri araşdırıb. Bu zaman bəzi maraqlı məqamlar meydana çıxıb. Açıq mənbələrdən məlum olan odur ki, Agentlik 2024-cü il ərazində toplam 50 tender keçirib. Bu müsabiqələrdə xərclənən vəsaitin ümumi məbləği isə 16 milyon 978 min 214 manat təşkil edib.

Bu araşdırmalardan aydın olan odur ki, Turizm Agentliyi keçirdiyi tenderləri özünə simsar bilən şirkətlərə verib. Məsələn, xarici səfərlər, onların təşkili məsələləri bir şirkətə, daxildəki tədbirlərin keçirilməsi başqa bir şirkətə, iri tikinti layihələri bir başqa şirkətə, nisbətən ortabab tikinti işləri isə ayrı bir şirkətə verilib. Qeyd edək ki, açıq mənbələrdə bu sistem o qədər aydın görünür ki, əlavə məlumat almaq üçün dağa-daşa düşməyə gərək qalmır.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin keçirdiyi ən bahalı tenderlərin qalibi “Ricon” MMC olub. Ötən il bu şirkətlə iki satınalma müqaviləsi bağlanılıb. Həmin müqavilələrin dəyəri isə 4.9 milyon manatdan çox olub. Bu məbləğ ümumi tenderə sərf olunan pulun təxminən 30 faizi deməkdir. Həmin pullarla Agentlik “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılmasını (1.3 milyon manat) və Daşaltı kəndində turizm infrastrukturunun yaradılmasını (3.6 milyon manat) reallaşdırıb.

Öncəliklə qeyd edək ki, sözüegedən şirkətin 263 min 918 manat vergi borcu var. Qanuna əsasən vergi borcu olan şirkət tenderlərdə iştirtak edə bilməz. Amma nə hikmətdirsə, DTA vergi borcu olan şirkətlə satınalma müqaviləsi bağlayıb.

İkincisi, “Ricon” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əliyar Əliyev 45, m. 91-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan “Ricon” MMC 29 dekabr 2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi İsmayılov Rəşad Rəhim oğludur. Bu şəxs haqqında açıq mənbələrdə hər hansı məlumat mövcud deyil.

Keçək digər detallara. DTA maraqlı bir sxem quraraq, ondan kənara çıxmayıb. Məsələn, agentlik ötən il “Vitam” MMC ilə 6 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələrin toplam dəyəri isə 1 milyon 569 min 814 manata bərabər olub. DTA bu şirkətdən həm mebel alıb, həm də ona Daşkənd, London, Seul və Moskvada keçirilən sərgilərin stendinin quraşdırılmasını həvalə edib.

Xaricdəki tədbirlərdə stendlərin quraşdırılmasını həmçinin “SMARTEXPO” MMC də həyata keçirib. DTA bu şirkətlə də ötən il 4 satınalma müqaviləsi bağlayıb. Həmin müqavilələrin dəyəri isə 666 min 125 manat təşkil edib.

DTA-nın bir başqa sevimli şirkəti isə “Admedia.az” MMC-dir. Agentlik bu şirkətə əsasən daxildə keçirilən tədbirləri həvalə edib. Məsələn, Şuşadakı qatranomiyaya aid tədbir və Qarabağın sağlamlıq turizmi tədbirlərini bu şirkət təşkil edib. Ümumilikdə bu şirkətlə toplam dəyəri 674 min 891 min manatlıq 5 tender müqaviləsi imzalanıb.

Tribunainfo.az bildirir ki, Turizm Agentliyinin bahalı tenderləri sırasında üç başqa şirkətin də adı var. Onlardan biri “Baku Holiday” MMC-dir ki, ötən il ərzində bu şirkətlə DTA arasında iki satınalma müqaviləsi imzalanıb. MMC xaricdə təşkil etdiyi bu tədbirlər üçün Agentlikdən 2.3 milyon manat alıb. Rəsmi qaynaqlarda bu pulun da 2.2 milyon manatı Cənubi Koreyadan Mərəkeşə qədər olan ölkələrdə tədbirlərin keçirilməsinə sərf edildiyi qeyd edilib.

Belə bahalı tədbirlərdən birini də “F.S TRAVEL” MMC təşkil edib. Bu şirkət Türkiyə, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, Dubay, Bəhreyn, Qətər, Avstriya, Almaniya, İsveçrə, Polşa, Çexiya, Macarıstan, Böyük Britaniya, Latviya, Litva, Estoniya, İsveç, Bolqarıstan, Cənubi Afrika ölkələrində Azərbaycanı “tanıdıb” və bunun üçün Agentlikdən 1 milyon 296 min 157 manat alıb.

Milyonluq tender anlaşmasında “JP CONECO GROUP” MMC-də iştirak edib. Bu şirkət Basqaldakı “Hacı Bədəl” məscidinin bərpasını 410 min 623 manata, “Kiş”Tarix-Memarlıq Qoruğunda tikinti işlərini isə 693 min 560 manata reallaşdırıb.

Sonda Dövlət Turizm Agentliyinin ən “maraqlı” iki tenderi barədə qısaca məlumat verək. Belə ki, dövlət qurumu “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda avtomobil dayanacağının tikintisinə 583 min 416 manat pul xərcləyib. Bu işləri isə “CONSTRUCTION BUSINESS GROUP” MMC-yə tapşırıb.

İkinci “maraqlı” tender isə Kulinariya Mərkəzinin əsaslı təmiri və avadanlığın alınması ilə bağlıdır. Tribunainfo.az xəbər verir ki, təmir işləri “PROMOR” MMC ilə həyata keçirilib və Turizm Agentliyi bu işlərə 638 min 675 manat ayırıb. Mərkəz üçün mətbəx avadanlıqlarının satın alınması isə “RR-2019” MMC-yə həvalə olunub. Bu işlər üçün isə 256 min 632 min manat xərclənib.

Yazıda adı keçən qurum və şirkətlərin də mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
Dünən, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
Dünən, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
Dünən, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Cəmiyyət
Dünən, 09:00

ABŞ-də vəfat edən qadının valideynləri OpenAI-ı məhkəməyə verib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: Qətiyyətli zəfərə gedən yol

İdman
28 oktyabr 2026, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Cəmiyyət
28 oktyabr 2026, 15:00

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

Cəmiyyət
28 oktyabr 2026, 14:54

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

Cəmiyyət
28 oktyabr 2026, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
28 oktyabr 2026, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
28 oktyabr 2026, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
28 oktyabr 2026, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
28 oktyabr 2026, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
28 oktyabr 2026, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
28 oktyabr 2026, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
28 oktyabr 2026, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
28 oktyabr 2026, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib

Cəmiyyət
28 oktyabr 2026, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
28 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
27 oktyabr 2026, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Oxşar xəbərlər