Azərbaycan ərazisindən İrandan Rusiyaya gedən avtomobildə 1424 ədəd dərman aşkar edilib. Bu haqda Dövlət Gömrük Komitəsi (DGK) oktyabrın 14-də məlumat yayıb.
Belə ki, "Volvo" markalı yük avtomobili "Astara" gömrük postunda saxlanılıb. Məhsullar yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar hadisə oktyabrın 6-da qəydə alınıb. DGK-nın əməkdaşları ölkəyə qaçaqmalçılıq yolu ilə dərmanların keçirilməsinin qarşısını alıblar.