Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-18° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.