Gəncədə bir ailənin beş üzvü dəm qazından zəhərlənib. Bu haqda martın 22-də Report məlumat yayıb.
İnsident 4-cü mikrorayon ərazisində qeydə alınıb. 1983-cü il təvəllüdlü şəxs, arvadı, 12 və 10 yaşlı uşaqları xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.