Gəncədə küçədə tapılan uşağın anasının kimliyi məlum olub. Bu barədə DİN avqustun 31-də məlumat verib.
Müəyyən edilib ki, körpəni polisə təhvil verən Tural Tağıyev əvvəlcədən körpənin anası Zaqatala rayon sakini Esmira Məmmədova ilə əlbir olub. Onlar körpəni polisə verməyə qərar veriblər.
Hazırda həmin şəxslər barəsində araşdırmalar davam etdirilir.
Avqustun 30-da gecə saatlarında Tural Tağıyev Gəncə şəhərində xidmət aparan polis əməkdaşlarına kimsəsiz uşaq tapdığını bildirib. Körpə 2 saylı Uşaq Xəstəxanasına yerləşdirib. Azyaşlının təxmini 5-6 aylıq olduğu məlum olub.