top
“Gənc obrazını yaşlı aktrisa, aktyor canlandırmalı deyil” – Baş rejissorla ÖZƏL MÜSAHİBƏ
01 aprel 2025, 06:37
- ↺ +

“Gənc obrazını yaşlı aktrisa, aktyor canlandırmalı deyil” – Baş rejissorla ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Teatr çay axını kimidir. Bu axını təmin etmək üçün hər iki ildən bir teatra yeni aktyorlar, gənclər dəvət olunur”.

Bu sözləri İnsanoid.com-a Şəki Dövlət Dram Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi, ssenarist Mirbala Səlimli deyib.

Onunla müsahibəni təqdim edirik:

- Mirbala bəy, elə müsahibəmizə teatr sahəsinə gəlməyinizdən başlayaq. Necə oldu ki, bu sahəni seçdiniz? Uşaqlıqdan həvəsiniz vardı?

- Bu sənətə gəlməyim uşaqlıq arzum olub. Əslində buna təsadüf də deyə bilərəm. Belə ki, 8-ci sinifdə oxuyanda sinif yoldaşlarımızla nümayişə çıxmışdıq. Bir otlaq sahəyə gəlib, orda hər kəs öz bacarığını göstərdi. Mən də sinif yoldaşımla bərabər Əbdürrəhim bəy Haqverdiyevin “Presta və oğru” səhnəciyini canlandırdıq. Orada olan nümayişim bir çoxlarının xoşuna gəlmişdi. Hətta müəllimlərdən birinin orada “Bu uşaq sənətin arxasınca getsə, böyük müvəffəqiyyət qazanar” deyə işlətdiyi cümləsi ömürlük yaddaşıma həkk oldu. Elə bil o söz mənə alın yazısı kimi yazıldı.

Daha sonra davalı, müharibə şəraitini göstərən filmləri çox sevərdim. O zaman almanlarla sovet əsgərlərinin partizan döyüşündən bəhs edən film vardı. Film bir partizanın şücaətini göstərirdi.

Heç vaxt ağlıma gəlməzdi ki, bir zaman gələcək sevərək izlədiyim filmin rejissoru Aleksey Germanın tələbəsi olaram.

Bununla yanaşı, təhsil aldığım məktəbdə dram dərnəkləri çox fəal idi. Mən də dərnəyin ən fəal şagirdi idim. Yavaş-yavaş qəlbimdə kinoya, teatra həvəs artdı və bu sahəyə gəldim.

- Baş rejissor olaraq, aktyorlarla iş prosesi necədir? Hər bir aktyorun fərdi yanaşmasına necə uyğunlaşır və onları necə inkişaf etdirirsiniz?

- Baş rejissorun əsas fəaliyyəti təkcə tamaşa hazırlamaqla bitmir. O həm də kollektiv yaratmalıdır. Çalışmalıdır ki, teatrın bütün işçiləri öz rollarını ala bilsinlər. Eyni zamanda gənc nəslin yetişməsi birbaşa rejissorun işidir. Bu prinsiplə Şəki Dram Teatrında aktyor hazırlığı, teatr studiyası həmişə fəaliyyət göstərib. Nəinki Şəkidə yaşayan, hətta ucqar rayonlardan da bizim teatr kurslarına gələnlər olur.

Aktyorların inkişafında dünya dramaturgiyasından istifadə, onları teatr səhnəsinə çıxarmaq çox vacibdir. Teatrda biz buna çalışırıq. Bununla yanaşı gənc nəslin rəqs, vokal, nitq cəhətdən inkişafı diqqətimizdə olur. Buna görə teatrımızda həftədə iki dəfə rəqs, iki dəfə isə vokal dərsləri keçirilir. Ancaq bu yolla gənc nəslə sənəti öyrədib, aktyor yetişdirmək olar.

- Bu illər ərzində ən böyük çətinliyiniz nə olub?

- Ən böyük çətinliyim kollektivin yaradılması idi. Yəni yaşlı, orta, gənc nəslin nümayəndələrini bir ansamblda birləşdirmək və onlardan səmərəli istifadə etmək çox çətin oldu.

- Sizə ən çox ilham verən teatr rejissoru və ya sənətkarlar kimlərdir?

-  Mənə tək ilham verən klassiklərdir. İstər teatr, istərsə də kino klassiklərinin həyatı, yaradıcılıqları mənə çox maraqlı gəlir. Onlar haqqında oxuyub, özüm üçün qeydlər aparıram.

Amma müasir teatr, kino rejissorlarının tamaşalarına, filmlərinə də baxıram. Bəyəndiyim də, bəyənmədiyim də olur. Lakin bu mənim şəxsi təəssüratımdır. İlham mənbəyi ola bilmir.

- Sizə görə teatr nə deməkdir?

- Teatr dramaturgiyamızı yaşadan sahədir. Teatr olmasaydı, Hüseyn Cavid, Haqverdiyev kimi dramaturqlarımızın əsərləri yaşamazdı. Bu sahəyə kommersiya qurumu kimi baxmaq olmaz.

Düşünürəm ki, gənc nəslin teatra cəlb edilməsi, gənc tamaşaçıların yetişdirilməsi lazımdır. Teatr özündə neçə-neçə sənəti birləşdirir. Ona görə harada teatr inkişaf edirsə, deməli, həmin məkanın mədəni səviyyəsi yüksəkdir.

- Şəki Dram Teatrının hazırki durumunu analiz etməyinizi istərdim.

- Hazırda teatrımızın vəziyyətini çox yüksək qiymətləndirirəm. Buna da əsaslı səbəbim var. Az əvvəl dediyim kimi “Bölgə teatrlarının Bakı premyerası”nda Şəki Dövlət Dram Teatrı 1-ci yeri tutaraq çoxlu mükafatlar aldı. 145 illik Şəki teatrında aktyor hazırlığı kursu və rejissor laboratoriyası fəaliyyət göstərir.

Gənclər yaşlı nəsillə bərabər klassiklərin əsərlərini canlandırırlar. Mən bilirəm ki, indiki gənclər gələcəyin tanınmış insanlarına çevriləcəklər.

- Rejissor laboratoriyası dediniz. Orada vəziyyət necədir?

- Teatrın tərkibində rejissor laboratoriyası da fəaliyyət göstərir. Bu laboratoriyalar nəsil qırıqlığının yaranmasının qarşısını almağa xidmət edir.

Bir nəsil aktyorlar yaşlananda digər nəsil aktyorlar yetişməlidir. Teatr çay axını kimidir... Bu axını təmin etmək üçün hər iki ildən bir teatra yeni aktyorlar, gənclər dəvət olunur... Aktyor və rejissor hazırlığı çox mürəkkəb prosesdir. Düşünməyin ki, bu laboratoriyada oxuyan gənclərin hamısı aktyor və rejissor olur, xeyr, belə deyil. Bu işi bacarmaq lazımdır.

İki ilin tamamında laboratoriyanın tələbələrinə sertifikatlar verilir. Daha sonra işə qəbul olunurlar. Teatrda bütün nəsillərdən olan aktyor heyəti olmalıdır ki, gənc oğlan, gənc qız obrazını yaşlı aktrisa, aktyor oynamasın.

- Teatrınızda tamaşaçı qıtlığı varmı?

- Şəki teatral şəhərdir. Burada insanlar teatrı çox sevir. Ona görə heç zaman tamaşaçı qıtlığı çəkmirik.

- Bəs ümumi Azərbaycan teatrında vəziyyəti necə görürsünüz?

- Bir canlanma görürəm, axırıncı hadisələr də buna sübutdur. Bölgə teatrlarının Bakı premyerası layihəsi çox uğurlu alındı. Çünki bölgə teatrları öz yeni tamaşalarını Akademik Milli Dram Teatrında səhnəyə qoydular. Bu da bölgə teatrlarının nəyə qadir olduğunu göstərdi. Çox xoşbəxtəm ki, Şəki Dövlət Dram Teatrı bu yarışmada birinci yerin qalibi oldu.

Düşünürəm ki, teatrlar arasında belə yarışlar mütəmadi keçirilməlidir. Çünki bu cür layihələrlə teatr sahəsində böyük bir canlanma baş verir.

Fidan İlqar

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:00

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

Cəmiyyət
Bu gün, 14:54

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

Cəmiyyət
Bu gün, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
Bu gün, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
Bu gün, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
Bu gün, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
Bu gün, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
Bu gün, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Bu gün, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Bu gün, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Bu gün, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Oxşar xəbərlər