top
Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib
24 iyul 2026, 13:40
- +

Elxan Səmədov növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilib

Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağında Elxan Səmədov növbəti dəfə PFL-in preizdenti vəzifəsinə seçilib.

Qurumdan verilən məlumata görə, tədbirdə PFL prezidenti Elxan Səmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in idarə heyətinin üzvləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Yığıncaq Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin və dünyasını dəyişmiş futbol adamlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Səsvermə hüququna malik üzvlərin iştirakı ilə yetərsay təmin olunduğu üçün Yığıncaq səlahiyyətli elan edilib. Prosedura uyğun olaraq ilk növbədə Yığıncağın işçi heyəti səsverməyə çıxarılıb.

İşçi heyət təsdiqləndikdən sonra Ümumi Yığıncağın gündəliyi elan olunub. Gündəliyə İctimai Birliyin hesabatının təqdim olunması, icra orqanının seçilməsi və digər cari məsələlər daxil edilib.

Ardınca tədbir iştirakçılarına PFL-in son 4 illik fəaliyyətini əks etdirən geniş videosüjet təqdim olunub. Daha sonra maliyyə hesabatı ilə çıxış etmək üçün söz PFL-in mühasibi Həci Babayevə və ardından müstəqil auditor Natiq Kərimova verilib.

Hesabatlar dinlənildikdən sonra növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezident seçkilərinə start verilib. Vahid namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

Sonda PFL-in İdarə Heyətinin yeni tərkibi səsverməyə çıxarılıb və yekdilliklə təsdiq olunub. Növbəti 4 il müddətində PFL-in idarə heyətində aşağıdakı şəxslər təmsil olunacaqlar:

• Elxan Səmədov – PFL prezidenti

• Məlik Həsənov – İdman işləri üzrə müşavir

• Aslan Şahgəldiyev – Vitse-prezident

• Zaur Hacı-Məhərrəmov – İcraçı direktor

• Elgiz Abbasov – Texniki-idman direktoru

• Sənan Abdullayev – Media və marketinq direktoru

Yığıncağın sonunda AFFA-ya, futbol klublarının nümayəndələrinə və bütün tədbir iştirakçılarına göstərdikləri dəstəyə görə təşəkkür ifadə olunub.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:36

Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq

Bütün Xəbərlər
Bu gün, 12:21

DSX-nin hərbi qulluqçuları təltif edilib - SİYAHI

Bütün Xəbərlər
Bu gün, 12:13

Bir qrup hərbçi və mülki işçi ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
Bu gün, 12:10

Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verilib

Bütün Xəbərlər
Bu gün, 11:55

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb

Bütün Xəbərlər
Bu gün, 11:49

Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib

Bütün Xəbərlər
Bu gün, 11:22

Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib

Bütün Xəbərlər
Bu gün, 10:56

Aktrisa Heyden Panettyer vəfat edib

Bütün Xəbərlər
Bu gün, 10:47

Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq

Bütün Xəbərlər
Bu gün, 09:57

Azərbaycanlı gənc Oksford Universitetində Hüquq təhsili alacaq

Bütün Xəbərlər
Bu gün, 09:36

"Bloomberg": Yaxın Şərq ölkələri Hörmüz boğazından gizli neft ixrac edir

Bütün Xəbərlər
Bu gün, 09:17

Premyer Liqada I tura bu gün yekun vurulacaq

Bütün Xəbərlər
15 avqust 2026, 17:34

Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı

Bütün Xəbərlər
15 avqust 2026, 13:50

Sabah hava necə olacaq?

Bütün Xəbərlər
15 avqust 2026, 11:06

Rusiyadan Ermənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb

Bütün Xəbərlər
15 avqust 2026, 10:38

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Bütün Xəbərlər
14 avqust 2026, 14:53

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün Xəbərlər
14 avqust 2026, 14:29

Kobaxidze Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə edib

Bütün Xəbərlər
14 avqust 2026, 14:00

Hesablama Palatasına yeni səlahiyyətlər verilib

Bütün Xəbərlər
14 avqust 2026, 13:58

Azərbaycanda "Dövlət auditi" informasiya sistemi yaradılır

Bütün Xəbərlər
14 avqust 2026, 11:49

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

Bütün Xəbərlər
14 avqust 2026, 10:53

Doqquz illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Bütün Xəbərlər
14 avqust 2026, 10:50

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Bütün Xəbərlər
14 avqust 2026, 09:49

Xankəndi şəhərinə növbəti köç yola salınıb

Oxşar xəbərlər