top
Gəncədə öldürülən Ayşənin anası: Kürəkənim sevgilisi qızımı təhqir edirdi… — İDDİA
20 noyabr 2025, 01:10
- ↺ +

Gəncədə öldürülən Ayşənin anası: "Kürəkənim sevgilisi qızımı təhqir edirdi…" — İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə dəhşətli qətlin təfərrüatları üzə çıxmaqda davam edir. Xəbər verdiyimiz kimi, 30 yaşlı Ayşən Sadıqova noyabrın 7-də İsrafil bəy Yadigarzadə küçəsində bıçaqlanaraq qətlə yetirilib. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, 42 yaşlı Ramin Alıyev polis tərəfindən tutulub.

Gencexeber.az-a mərhumun anası Mehriban Sadıqova tərəfindən bildirilib ki, Ramin Alıyev təxminən dörd il əvvəl Zümrüd adlı (ad şərtidir) gənc bir qadınla sevgi münasibəti qurub və məhz bundan sonra ailədə gərginlik pik həddə çatıb. Onun sözlərinə görə, Ayşən bu illər ərzində sistematik şəkildə zorakılıq, təhqir və döyülmələrə məruz qalıb.

İddialara əsasən, Ramin həm həyat yoldaşı və üç uşağı ilə Gülüstan qəsəbəsində kirayədə yaşayıb, həm də Zümrüd üçün ayrıca ev tutaraq onunla münasibəti davam etdirib.

Mehriban xanımın sözlərinə görə, Ramin Zümrüdə dəyəri 4 min manat olan telefon, həmçinin çoxsaylı qızıl-zinət əşyaları alıb. Ancaq bu müddət ərzində öz övladlarına baxmayıb, onların qayğısını və bütün xərclərini nənələri — mərhumun anası qarşılayıb.

Hadisə ilə bağlı diqqətçəkən məqam isə Zümrüdün bir neçə ay əvvəl Ayşənin uşaqları ilə yaşadığı binanın həyətinə içkili vəziyyətdə gələrək səs-küy salması olub. Qonşuların dediyinə görə, o, məhəllədə qışqıraraq Ayşənin Ramindən ayrılmasını tələb edib, nalayiq ifadələr səsləndirib.

"Kürəkənimin sevgilisi qızımı təhqir edirdi. Saysız-hesabsız zənglər olurdu. Söyüş söyürdü, təzyiq göstərirdi", - mərhumun anası Mehriban Sadıqova əlavə edib.

Gərginlik fonunda Ramin Alıyev hadisə yerinə gəlib və Zümrüdü zorla maşına mindirərək aparıb. İddialara görə, bundan qəzəblənən qadın onu hüquq-mühafizə orqanlarına şikayət də edib.

Mehriban Sadıqova əlavə edib ki, Raminin bu paralel münasibəti, eləcə də qadının tələblərini təmin etmək üçün yaratdığı xərclər nəticəsində on minlərlə manat borcu yaranıb.

Hazırda cinayət işi üzrə araşdırmalar davam edir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Bu gün, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Bu gün, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Bu gün, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Oxşar xəbərlər