Gəncədə iki avtomobilin toqquşması nəticəsində xəsarət alan var. Bu barədə İnsanoid bu gün, 9 sentyabr tarixində Report-a istinadən xəbər verir.
Şəhərin 3-cü mikrorayon ərazisində "Lada" və "Reno" markalı avtomobillər toqquşub. Nəticədə idarəetmədən çıxan "Lada" markalı avtomobil aşıb.
Avtomobilin sürücüsü, 64 yaşlı A.Ələkbərov müxtəlif bədən xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" columns="2" size="full" ids="128816,128817"]