Bu gün, martın 16-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən "Gizir hazırlığı" kursu çərçivəsində atış təlimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Daha öncə kursantların nəzəri biliklərini artırmaq üçün atəş hazırlığı üzrə məşğələlər keçirilib. Həmçinin silahlardan istifadə qaydaları, habelə nişanalma və atəş açmanın əsasları öyrədilib.
Kursantların praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün təlim səhra şəraitində aparılıb. Burada daha çox diqqət hədəflərin vaxtında aşkar edilərək dəqiq atəşlə məhv edilməsinə yetirilib.