Goranboy rayonunun Qaradağlı kənd sakinləri 10 gün susuz qaldıqlarına görə su kanalını daşlarla bağlayıblar. Onların sözlərinə görə, susuzluğun səbəbi suyun yönləndiriməsi olub. Bu barədə Caliber.az məlumat yayıb.
Qaradağlı kənd sakininin çəkdiyi video 1 sentyabr tarixində sosial şəbəkələrdə yayılıb. Video müəllifinin sözlərinə əsasən, “Azərsu”nun bölgədəki yeni ofisinin rəhbəri insanlara deyib ki, su icra başçısına məxsus nar plantasiyalarına axır.
“Azərsu”nun mətbuat xidmətinin rəhbəri vəziyyəti hələ ki şərh etməyib.