Goranboyda yanvarın 3-də avtomobilin aşması nəticəsində xəsarət alan sürücü xəstəxanada dünyasını dəyişib.
APA-dan verilən məlumata görə, qəza rayonun Faxralı kəndində baş verib. “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Sürücü 1967-ci il təvəllüdlü Quliyev Mahir xəstaxanaya yerləşdirilsədə, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.