Həbs edilən şəxsə qohumu tərəfindən təcridxanaya narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb. Bu barədə 28 mart tarixində Report məlumat verib.
Məlumata əsasən, Lənkəran rayon sakini qohumu üçün təcridxanaya gətirdiyi sovqatda olan cins şalvarın bel hissəsinə xüsusi üsulla tikilərək gizlədilən 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,226 qram narkotik maddə olan heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.