top
Həmyerlisinin barmağını sındıran şəxslə bağlı qərar verildi
06 noyabr 2025, 22:30
- ↺ +

Həmyerlisinin barmağını sındıran şəxslə bağlı qərar verildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Əlikram Baxışovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmişin isə apellyasiya şikayəti qismən təmin olunub, İmişli Rayon Məhkəməsinin hökmü həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilib. Əlikram Baxışovun aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib. Mülki iddia qismən təmin olunub, təqsirləndirilən şəxs mənəvi ziyana görə 300 manat məbləğində pul tutularaq iddiaçı ödənilməsi qərara alınıb.

İttiham aktına görə, Əlikram Baxışov 2024-cü il yanvarın 7-də, saat 15 radələrində MMC-lərdən birinin İmişli rayonu, Qızılkənd kəndində yerləşən filialının inzibati binasının yanında həmkəndlisinə məxsus çayxana kimi fəaliyyət göstərən obyektdə olub. Həmin vaxt Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxış prosesini zərərçəkmiş Səlim Kərimov (adı, soyadı şərtidir) mobil telefon vasitəsilə videogörüntüyə çəkib. Bu zaman təqsirləndirilən şəxs özünün həmin görüntüyə düşməsi səbəbindən onunla mübahisə edib. Mübahisə zamanı Əlikram fiziki güc tətbiq edərək zərərçəkmiş şəxsin sol əlinin barmaqlarından tutub arxaya doğru qatlayıb burub.

Nəticədə Səlimin sol əlinin 4 və 5-ci barmaqlarında şişkinlik və qançır, 5-ci barmağın 3-cü falanqasının qeyri-tam boylama sınığı (çatı) yaranıb, bu xəsarətlər sağlamlığa yüngül zərərvurma dərəcəsində qiymətləndirilib.

İmişli Rayon Məhkəməsinin hökmü ilə o, 1 100 manat məbləğində cərimə cəzasına məhkum edilmişdi. Təqsirləndirilən şəxsdən 2 000 manat məbləğində mənəvi ziyanın alınıb verilməsi barədə zərərçəkmiş şəxsin mülki iddiasının təmin edilməməsi qərara alınmışdır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər