top
Hərbi xidmətdən qayıdıb 13 yaşlı qızla sevgili oldu: Spirtli içki verib, təcavüz etdi
29 oktyabr 2025, 05:37
- +

Hərbi xidmətdən qayıdıb 13 yaşlı qızla sevgili oldu: Spirtli içki verib, təcavüz etdi

Kürdəmir rayonunda hərbi xidmətdən qayıdan gənc 13 yaşlı qıza təcavüz edib.

Oxu.az xəbər verir ki, hadisə 2024-cü ildə baş verib. Kürdəmir rayon sakini, 2004-cü il təvəllüdlü Fəhmin Azadov (adı və soyadı şərtidir) hərbi xidmətdən qayıdıb. Ailə üzvləri onun gəlişi ilə əlaqədər evdə mərasim təşkil ediblər. Məclisə Fəhminin anasının rəfiqəsi də 2011-ci il təvəllüdlü nəvəsi G.C. ilə birlikdə qatılıb. G.C. məclisdən sonra nənəsi ilə birlikdə Fəhmingildə qalıb və həmin vaxt qızla oğlanın münasibəti yaranıb. G.C. evlərinə qayıdandan sonra da Fəhminlə əlaqə saxlamaq istəyib. O, bu məqsədlə xalası oğlundan Fəhminin nömrəsini alıb və onunla yazışmağa başlayıb. Nəticədə Fəhminlə 13 yaşlı qız arasında sevgi münasibətləri başlayıb.

Bir müddətdən sonra Fəhmin qıza cinsi əlaqədə olmağı təklif edib. Qız Fəhminlə razılaşıb və oğlan görüşmək üçün onlara gəlib. Fəhmin həyətə daxil olaraq, G.C.-ni bağçaya çağırıb və onlar bağçada qucaqlaşıb-öpüşüblər.

Hadisədən bir müddət sonra Fəhmin spirtli içki alaraq, yenidən qızgilə gəlib. Onlar evdə həmin içkidən qəbul edərək cinsi əlaqədə olublar. Bundan sonra cütlük daha iki dəfə əlaqədə olub.

Hadisədən bir müddət sonra məlum olub ki, qız hamilədir. G.C. bu barədə anasına deyib və birlikdə yoxlanış üçün Ağsu Rayon Mərkəzi Xəstəxanasına gediblər. Məlum olub ki, G.C. artıq 21 həftəlik hamilədir.

Məsələ ilə bağlı Fəhminə məlumat verilsə də, oğlan bundan boyun qaçırıb.

Faktla bağlı cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlə F.Azadov saxlanılaraq istintaqa təhvil verilib. Məhkəmənin hökmü ilə F.Azadov barədə 3 ay həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı yekunlaşdıqdan sonra iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə G.C. təqsirləndirilən şəxsi sevdiyini bildirib və ondan şikayətçi olmadığını deyib.

Məhkəmənin hökmü ilə F.Azadov 6 il azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 18:00

Ağalarovun şirkəti "Crocus City Hall"a görə 36,5 milyon manat tələb edir

Bütün Xəbərlər
Dünən, 16:30

FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktı qeydə almayıb

Bütün Xəbərlər
Dünən, 13:49

Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqlənib

Bütün Xəbərlər
Dünən, 13:45

İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək

Bütün Xəbərlər
Dünən, 13:16

Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib

Bütün Xəbərlər
Dünən, 12:23

Autizmli uşağı avtobusdan düşürən sürücü ilə bağlı "BakuBus"dan AÇIQLAMA

Bütün Xəbərlər
Dünən, 12:16

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 11:06

Prezident İlham Əliyev Misir Prezidentini təbrik edib

Bütün Xəbərlər
Dünən, 10:49

Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

Bütün Xəbərlər
Dünən, 09:14

UEFA Avropa Liqası: "Qarabağ" bu gün Bakıda ÇSKA ilə qarşılaşacaq

Bütün Xəbərlər
22 iyul 2026, 17:33

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya olunub

Bütün Xəbərlər
22 iyul 2026, 17:15

Dələduzluqda ittiham olunan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

Bütün Xəbərlər
22 iyul 2026, 16:58

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bütün Xəbərlər
22 iyul 2026, 15:17

"Neftçi" və "Qarabağ"ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək

Bütün Xəbərlər
22 iyul 2026, 14:39

Dövlət məktəblərində müəllimlərin geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilib

Bütün Xəbərlər
22 iyul 2026, 14:31

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

Bütün Xəbərlər
22 iyul 2026, 13:57

Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ

Bütün Xəbərlər
22 iyul 2026, 12:43

"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb

Bütün Xəbərlər
22 iyul 2026, 12:40

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
22 iyul 2026, 11:45

Hikmət Hacıyev: "Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" - VİDEO

Bütün Xəbərlər
22 iyul 2026, 10:59

Görünməyən imzalar

Bütün Xəbərlər
22 iyul 2026, 10:46

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır

Bütün Xəbərlər
22 iyul 2026, 09:33

Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

Bütün Xəbərlər
22 iyul 2026, 09:19

Sabiq naziri evində çəkiclə qətlə yetiriblər - TƏFƏRRÜAT

Oxşar xəbərlər